• Həmas: İordan çayının qərb sahilində

Fələstin İslami Müqavimət Hərəkatı "Həmas" Ramallayın yaxınlığında sionistlərin avtomobilinin atəşə tutulmasına dair qəhrəmancasına əməliyyata münasibət bildirərəkən, bu cəsarətli addıma görə fələstinli gəncləri təbrik edib və bildirib: Qərb sahilində silahlı müqaviməti məhv etmək mümkün deyil.

Çərşənbə günü axşam Beyt İl qəsəbəsinin yaxınlığında sionistlərin idarə etdiyi avtomobilin atəşə tutulması nəticəsində iki sionist yaralanıb. 

Əl-Aləm kanalının verdiyi məlumata görə, Həmas bu hadisənin ardınca bir bəyanat yayaraq, bildirib: Fələstin xalqının İsrailh ərbçilərinə qarşı mübarizəsi sionist qəsəbə sakinləri və İsrail komandanları üçün bir müraciətə malikdir. Bu müraciət Fələstin xalqının bütün üzvlərinin müqaviməti dəstəklədiyidir. 

Statistik məlumatlara görə, cari ildə sionistlərə qarşı 4 mindən çox müqavimət əməliyyatı həyatakeçirilib. Bu əməliyyatlarda 11 sionist öldürülüb, 159 nəfər isə yaralanıb. 

Müqavimət qüvvələrinin sionistlərə qarşı hücum əməliyyatları İsrail hərbçilərinin işğal edilmiş ərazilərdəki cinayətlərinə cavab sayılır. 

Teqlər

Nov 08, 2018 19:39 Asia/Baku
Şərhlər