• İsrail hərbçiləri bir fələstinlini güllələyərək, şəhid ediblər

İsrail hərbçiləri dünən Qəzzə zolağının mərkəzində yerləşən Əl-Məazi qəsəbəsinin şərqində bi fələstinlini güllələyərək, şəhid ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrail hərbçilərinin atəş açması nəticəsində bir qrup fələstinli də yaralanıb. 

Minlərlə fələstinli cari ilin mart ayının 30-undan başlayaraq, hər cümə günü Qəzzə ilə işğal edilmiş Fələstin ərazilərinin sərhəd məntəqəsində aksiyalar təşkil edərək, öz torpaqlarına qayıdış haqqına təkid edir.

Fələstinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 30 mart tarixindən 8 noyabra kimi olan müddət ərzində Qayıdış Haqqı yürüşlərində 232 fələstinli şəhid olub. Şəhid olan fələstinlilərdən 34-ü uşaq, 5 qadın, 3 təcili yardım işçisi və 2 jurnalist də var. Həmçinin, bu etiraz aksiyalarında 24 min nəfər də yaralanıb. 

Teqlər

Nov 09, 2018 11:22 Asia/Baku
Şərhlər