• Yəmənin Əl-Hüdəydə vilayətinin mühasirədə saxlanılması 10 yaşlı uşağı ölümə sürüklədi

BMT-nin uşaqlar fondu YUNİSEF cümə axşamı 10 yaşlı yəmənli bir uşağın Yəmənin əl-Hüdəydə vilayətinin Ərəbistan tərəfindən mühasirədə saxlanılmasına görə aclıqdan öldüyünü elan etdi.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, YUNİSEF Adəm adlı 10 yaşlı yəmənli uşağın çəkisinin 10 kiloqramdan çox olmadığını bildirərək, onun aclıqdan həyatını itirdiyini elan edib. 

YUNİSEF Yəməndə 400 mindən çox uşağın oxşar durumla üzləşdiyini vurğulayaraq, bu uşaqların aclıq üzündən ölüm-dirim savaşı verdiklərini bildirib. 

Yəməndə təqribən 11 milyon uşaq var və demək olar ki, onların hamısı qida çatışmazlığından əziyyət çəkirlər və təcili humanitar yardımlara ehtiyaclıdırlar. 

Nov 09, 2018 11:24 Asia/Baku
Şərhlər