Nov 10, 2018 11:17 Asia/Baku
  • Ali-Xəlifə rejiminin repressiv siyasətləri davam edir
    Ali-Xəlifə rejiminin repressiv siyasətləri davam edir

Bəhreynin baş prokuroru bu ölkənin Asimə vilayətinin Kərbabad bölgəsində 16 bəhreynli gəncin həbsinə qərar verib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin baş prokurorluğu dünən 16 bəhreynli gənci toplaşmaya səy göstərmək ittihamı ilə bir həftə müddətində azadlıqdan məhrum edib və onları istintaq üçün Əl-Coful-Caf həbsxanasına göndərtdirib. 

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu gəncləri noyabrın 4-də onlrın mənzillərinə hücum edərək həbs etmişdilər. 

Bəhreynli qaynaqlar da bildiriblər ki, Ali-Xəlifə rejiminin həbsxanasında saxlanılan Müctaba Məhəmməd İbrahim Ali-Macid göz xəstəliyindən əziyyət çəkir və onun müalicə üçün klinikaya köçürülməsinə imkan verilmir. 

Bu məhbus 2015-ci il 19 fevralda ömürlük həbs cəzasına məhkum edildi və onun vətəndaşlığı da ləğv edilmişdir. 

Ali-Xəlifə rejimi xalq qiyamını nəzarətə almaq və müxalifləri ölkənin siyasi-ictimai səhnəsindən silmək üçün repressiv siyasətlərini davam etdirir. 

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bu rejimin xalqa qarşı repressiyasları ümumi fikr və hüquq müdafiə qurumlarını nigaran edib. 

Teqlər

Şərhlər