• Brüsseldə anti-səud aksiyası keçiriblər
    Brüsseldə anti-səud aksiyası keçiriblər

Belçikada yaşayan yəmənlilər dünən təcavüzkar səud koalisiyasının Yəmənə qarşı təcavüzünü pisləyərək, Ərəbistanın Belçikanın paytaxtı Brüsseldəki səfirliyi önündə aksiya keçiriblər.

Belçikada yaşayan yəmənlilər bu aksiyada təcavüzkar səud koalisiyasına qarşı şüarlar veriblər.

Əllərində Yəmən savaşı qurbanlarının şəkilləri olan aksiyaçılar bu müharibənin dayandırılmasını tələb ediblər.

Ərəbistan ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Teqlər

Nov 11, 2018 09:37 Asia/Baku
Şərhlər