• Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar
    Yəmənin müdafiə naziri: Təcavüzkarlar qərb sahilində məğlubiyyətə uğrayıblar

Yəmənin müdafiə naziri səud təcavüzkarların Yəmənin qərb sahilində məğlubiyyətə uğramalarından xəbər verib.

Muhəmməd Nasir əl-Atifi Yəmənin qərb sahilni müdafiə edən batalyonların komandirlərinin təlim kursunun bağlanış mərasimində deyib: Təcavüzkar səud koalisiyası özünün bütün qüvvə və təchizatları, media təbliğatları və geniş imkanları ilə bu cəbhədə məğlub olubdur.

Yəmənin müdafiə naziri deyib: Yəmənin qərbində yerləşən əl-Hudəydə əyalətinin Təhamə məntəqəsi əhalisinin bu ölkənin ordusu və xalq komitələri ilə həmkarlığı və həmrəyliyi təcavüzkarların irəliləyiş üzrə cəhdini uğursuz qoydu.

Yəmən ordusu və xalq komitələri qüvvələri bu ölkənin qərb sahilində yerləşən əl-Təhita rayonunun əl-Cəbəliyyə məntəqəsini təmizləyərək, təcavüzkarların logistik yollarını kəsiblər.

Yəmən silahlı qüvvələrinin sözçüsü də dünən gecə, ötən iki sutka ərzində bu ölkənin əl-Hudəydə əyalətində əcavüzkar səud koalisiyası qüvvələrindən 180-dən çox nəfərin ölməsi və yaralanmasından xəbər verib.

Təcavüzkar səud koalisiyası iyunun 13-dən bəri Yəmənin əl-Hudəydə əyalətini işğal etmək üçün geniş hücumlara başlamışdı.

Nov 11, 2018 09:39 Asia/Baku
Şərhlər