• Ramullahda bir fələstinli gənc şəhid edilib
    Ramullahda bir fələstinli gənc şəhid edilib

Sionist hərbçilərin atəşləri ilə yaralanmış bir fələstinli gənc dünən gecə yaralarının ağırlığı nəticəsində şəhid olub8.

Fələstin səhiyyə nazirliyi bildirib ki, oktyabrın 26-da İordan çayının qərb sahilinin mərkəzi olan Ramullah şəhərinin şimal-qərbində sionist hərbçilərin atəşləri nəticəsində baş nahiyəsindən hədəfə alınmış 28 yaşlı fələstinli gənc- Muhəmməd Şəritə yaralarının ağırlığı nəticəsində şəhid olubdur.

Fələstin səhiyyə nazirliyi cümə günü gecə də Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 33-cü cüməsində bir fələstinlinin şəhid olması, 37 nəfərin də yaralanmasından xəbər vermişdi.

Fələstin səhiyyə nazirliyi qeyd edibdir ki, yaralılar arasında bir neçə qadın və uşaq vardır.

"Yer günü" münasibətilə martın 30-dan Qəzzə zolağında başlanan dinc "Qayıdış haqqı" yürüşünün keçirilməsi davam etməkdədir.

Nov 11, 2018 09:40 Asia/Baku
Şərhlər