Nov 11, 2018 19:05 Asia/Baku
  • Yəmənin fərari nazirinə ayaqqabı tullanıb
    Yəmənin fərari nazirinə ayaqqabı tullanıb

Ərəbistana qaçmış Yəmən milli qurtuluş dövlətinin sabiq informasiya naziri Əbdussəlam Cabir mətbuat konfransı zamanı ayaqqabı atışı hədəfinə çevrilib.

Əbdussəlam Cabir "Ənsarullah hərəkatı" mövzusu ilə Ərəbistanın Ərriyad şəhərində keçirilən mətbuat konfransında bu hərəkatın medialarını məzəmmət edərkən jurnalistlərdən biri ona tərəf ayaqqabı tullayıb.

Son dərəcə qorxuya düşmüş Əbdussəlam Cabir onu müşayiət edənlərdən bəzilərinin çıxışını davam etdirmək üzrə israrlarına rəğmən, mətbuat konfransında iştirakdan vaz keçib və bu mərasim pozulubdur.

Belə bir halda, səud təcavüzkarlar ilə savaşda bir çox media və döyüş fəaliyyətlərinə malik olan Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Zifullah Əlşami bu gün Yəmənin Ali Siyasi Şurasının sədri Məhdi Əlməşat tərəfindən informasiya naziri təyin edilibdir.

Teqlər

Şərhlər