• Qəzzə əhalisi sionist rejimin müharibə nazirinin istefasını şadlıqla qeyd edib

Qəzzə zolağında minlərlə fələstinli Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Həniyənin evinin qarşısına toplaşaraq, müqavimət qüvvələrinə dəstək verib. Onlar sionist rejimin müharibə naziri Aviqdor Libermanın istefası ilə bağlı öz sevinclərini ifadə ediblər.

Qəzzə şəhərinin müxtəlif məntəqələrindən gəlmiş fələstinlilər dünən axşamçağı Həniyənin bu şəhərin qərbində yerləşən Şati düşərgəsindəki mənzilinə doğru hərəkət ediblər ki, müqavimətə öz dəstəklərini elan etməklə bərabər, Libermanın istefasını da bayram etmiş olsunlar.

Liberman çərşənbə günü günorta çağı sionist rejimin müharibə naziri vəzifəsindən kənara çəkildiyini elan etdi və bu qərarın dəlilini, sionist rejimin baş naziri Beynyamin Netanyahunun Həmas hərəkatı qarşısında təslim olması və Qəzzəni sakitləşdirmək və atəşkəs bərqərar etmək üzrə razılaşması adlandırıb.

Həmas hərəkatı Libermanın istefasını Qəzzə üçün siyasi qələbə, sionist rejimin müharibə naziri üçün isə məğlubiyyət adlandırıbdır.

Aviqdor Libermanın istefasından sonra doqquz il sionist rejimin miqrasiya naziri olan Sofa Landver də öz istefasını elan edibdir.

Qəzzə ilə sionist rejim arasındakı gərginliyin yeni mərhələsi sionist rejimin xüsusi təyinatlı bölməsinin bazar günü axaşmçağı Qəzə zolağının şərqində yerləşən Xan Yunus şəhərinə məxfi girişlə Həmas-ın hərbi qolunun yeddi üzvünü, o sıradan İzzəddin Əl-Qəssam batalyonlarının komandanlarından olan Nur Məhəmməd Bərkəni şəhid etməsindən sonra başlanıb. Bu hücumda sionist rejim ordusunun yüksək rütbəli bir zabiti öldürülüb, bir sionist zabit də yaralanıbdır.

Son qarşıdurmanın özəlliklərindən biri, Qəzzədəki müqavimət qruplarının raket qüdrətinin nümayiş etdirilməsi olubdur.

Sionist rejim ordusu çərşənbə axşamı günü bildiribdir ki, Qəzzədən işğal olunmuş ərazilərə tərəf 460 ədəd raket atılıbdır.

Teqlər

Nov 15, 2018 11:29 Asia/Baku
Şərhlər