• Qayıdış haqqı yürüşlərinin 34-cü cüməsi

Qayıdış haqqı yürüşlərinin 34-cü cüməsində Qəzzə zolağının işğal olunmuş ərazilərlə təmas xəttində minlərlə fələstinli "əlaqəərin normallaşdırılması xəyanətdir" adı altında yürüşdə iştirak edib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstin xalqı dünən bəzi ərəb ölkələrinin sionis düşmənlə əlaqələri adiləşdirmək cəhdlərini pisləyərək İsrail rejiminin bayrağını, bu rejimin istefa vermiş müharibə naziri Avirqdor Libermanın fotolarını yandırıblar. 

Eyni zamanda sionist rejim ordusu hərbçiləri aksiyaçıları odlu silah və gözyaşardıcı qazla hədəfə alaraq 40-dan çox fələstinlini yaralayıblar. 

30 martdan qayıdış haqqı aksiyalarına start verildiyi gündən indiyədək bu aksiyalarda sionist rejim hərbçilərinin atəşləri nəticəsində 247 fələstinli şəhid olub, 25 mindən çox adam yaralanıb.

Teqlər

Nov 17, 2018 09:43 Asia/Baku
Şərhlər