Nov 18, 2018 16:20 Asia/Baku
  • İraq prezidenti: İranla əlaqələrin gücləndirilməsində ciddi şəkildə çalışacağıq
    İraq prezidenti: İranla əlaqələrin gücləndirilməsində ciddi şəkildə çalışacağıq

İraq prezidenti vurğulayıb ki, ölkəsi İran İslam Respublikası ilə iqtisadi əməkdaşlıqlar və əlaqələrin gücləndirilməsi üçün ciddi şəkildə səy göstərəcəkdir.

İraq prezidenti Bərhəm Salih bu gün özünün şəxsi twitter səhifəsində yazıb ki, tarixi və köklü ictimai və mədəni əlaqələr İran və İraqı bir-birinə bağlayacaq.

İraq prezidenti əlavə edib: İraq ərəb və qonşu islami ölkələrlə olan xüsusi əlaqələri ilə, iqtisadi əməkdaşlığa və suverenliyə hörmətə əsaslanan regional təşkilatın yaradılmasında əsas mehvər olacaqdır. Bu təşkilat regiondakı əbəs döyüşlərə son qoymalıdır. 

İraq prezidenti Bərhəm Salih özünün regional səfəri zamanı şənbə günü Tehrana səfər edibdir.

Teqlər

Şərhlər