Nov 18, 2018 18:54 Asia/Baku
  • Sionistlər bir daha Məsciduləqsa-ya hörmətsizlik ediblər
    Sionistlər bir daha Məsciduləqsa-ya hörmətsizlik ediblər

Onlarla sionist Qüdsü işğal etmiş rejimin əkinçilik naziri ilə yanaşı və bu rejim hərbçilərinin dəstəyilə bir daha Məsciduləqsa-ya daxil olaraq, bu müqəddəs məkana hörmətsizlik edibdir.

Qüds İslami Vəqflər Təşkilatı bu gün bir bəyanatda bildirib ki, Qüdsü işğal etmiş rejimin əkinçilik naziri Uri Ariel öz ailəsi, həmçinin onlarla sionist və bu rejimin casusları ilə yanaşı, bu gün səhər Məsciduləqsa-ya daxil olub.

Məsciduləqsa Beytulmuqəddəs şəhərinin islami-fələstinli mahiyyətinin əsas simvolu kimi daim sionist rejimin təxribatçı hərəkətlərinin hədəfi olubdur. Sionistlər Beytulmuqəddəs-in islami-xristian mahiyyətini aradan götürmək və onu sionist simvollarla əvəz etmək ardınca olublar.

Teqlər

Şərhlər