• Qüdsdə müqavimət əməliyyatının icraçısı şəhid olub
    Qüdsdə müqavimət əməliyyatının icraçısı şəhid olub

Ötən həftənin çərşənbə günü Qüdsdə keçirilən bir müqavimət əməliyyatı zamanı bir neçə sionisti yaralamış 17 yaşlı fələstinli gənc- Əbdurrəhman Əbu Cəməl şəhid olub.

Bu fələstinli gənc sionist hərbçilərin atəşləri ilə ağır yaralanaraq, Qüdsdə yerləşən "Şuariyyə Təsdiq" xəstəxanasına köçürülmüşdü.

Bu fələstinli gəncin ailəsi ötən günlərdə xəstəxanada ona baş çəkmək və ya onun sağlamlıq durumundan xəbərdar olmaq icazəsinə malik deyildi.

Sionist rejim hərbçiləri ötən həftə də Əbdurrəhman Əbu Cəməlin Qüdsün "Cəbəl Əlməkbər" məntəqəsində yerləşən  mənzilinə basqın edərək, onun ailə üzvlərini həbs, lakin bir neçə saat sonra azad etdilər.

Teqlər

Nov 20, 2018 21:40 Asia/Baku
Şərhlər