Nov 23, 2018 12:19 Asia/Baku
  • BMT-nin insan haqları üzrə nümayəndələri sionist rejimdən şikayət ediblər

BMT-nin insan haqları üzrə nümayəndələri dünən "yəhud ölkəsi" adlı rasist qanuna görə, sionist rejimdən şikayət ediblər. Onlar bu barədə araşdırma aparılmasını istəyiblər.

BMT-nin insan haqları üzrə nümayəndələri "yəhud ölkəsi" adlı rasist qanunu nigaranedici və təhlükəli adlandırıblar. Onlar bu barədə izahat verməsi üçün sionist rejimə 2019-cu ilin əvvəlinədək möhlət veriblər.

Sionist rejim parlamenti fələstinli və beynəlxalq dairələrin geniş etirazlarına rəğmən, 2018-ci il iyulun 19-da "yəhud ölkəsi" adlı rasist qanunu qəbul etdi.

Rasist "yəhud ölkəsi" qanunu Fələstini sionistlərin torpağı sayır və fələstinliləri bütün vətəndaş və insan haqlarından məhrum edir.

Rasist "yəhud ölkəsi" qanunu amerikan "əsrin sövdələşməsi" layihəsinin əsaslarından biri sayılır ki, Amerika hökuməti tərəfindən hazırlanıb və onun icra prosesi başlanıbdır.

Teqlər

Şərhlər