• Qərb sahilində üç fələstinli həbs olunub

Sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilində üç fələstinlini həbs ediblər.

Sionistlər iddia edirlər ki, bu üç fələstinli sionist rejimin bir xəfiyyə mərkəzinə tərəf "Molotov kokteyli" atıbdır.

Sionist hərbçilər təqribən hər gün fələstinlilərə basqın və onları puç ittihamlarla həbs edirlər.

Sionist hərbçilər ötən oktyabrda Fələstinin müxtəlif məntəqələrində azı 400 fələstinlini həbs etmişdilər ki, bu miqdardan 62 nəfəri uşaq və yeniyetmə, 16 nəfəri isə qadın və qızdır.

Fələstinli məsul şəxslərin bildirdiklərinə görə, hazırda sionist rejimin məhbəslərində 6500 fələstinli saxlanılır ki, onların 62 nəfəri qadın, 300 nəfəri isə həddi-büluğa çatmamış uşaqdır.

Fələstinli əsirlər klubunun məlumatına görə, sionist rejimin məhbəslərində saxlanılan fələstinli əsirlər daim qeyri-insani rəftarlara, həmçinin ruh və bədən işgəncələrinə məruz qalırlar. 

Teqlər

Nov 30, 2018 19:13 Asia/Baku
Şərhlər