Dec 03, 2018 13:13 Asia/Baku
  • Yəmənli müharibə əlilləri BMT-nin ofisi önündə aksiya keçiriblər
    Yəmənli müharibə əlilləri BMT-nin ofisi önündə aksiya keçiriblər

Yəmənli müharibə əlilləri və müharibə yaralıları paytaxt Sənada BMT-nin ofisi önündə aksiya keçirərək, Ərəbistan və başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumlarının davam etməsinə etiraz ediblər.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, bazar günü keçirilən bu etiraz aksiyasında iştirak edənlər Səudiyyə koalisiyasının Yəmən xalqına qarşı cinayətlərinin durdurulmasını istəyiblər. 

Aksiya iştirakçıları həmçinin, insanların qırğın edilməsi, on minlərlə insanın əlil olması və əlillər fondunun azalmasını Ərəbistanın Yəmənə olan hücumları habelə, bu ölkəni mühasirədə saxlamasının nəticəsi adlandırıblar. 

Səna şəhər şurasının ictimai məsələlər komitəsinin sədri Həmud Nəqib bundan öncə Səudiyyə koalisiyasının Yəmənə olan hücumlarının dayandırılmasını bir zərurət adlandıraraq, daha artıq insanın əlil olmasını önləmək üçün ölkədə sülhün bərqərar edilməsini istəmişdi. 

Ərəbistan 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb və bu ölkəni qurudan, havadan və dənizdən mühasirədə saxlayır. Hazırda Yəmən əhalisinin 75% təcili humanitar yardımlara ehtiyaclıdır. 14 milyon yəmənli aclıqdan əziyyət çəkir və həyatda qalmaq üçün təcili yardımların edilməsi lazımdır. 

Teqlər

Şərhlər