• İsrail hərbçilərinin atəş açması nəticəsində bir fələstinli şəhid olub
    İsrail hərbçilərinin atəş açması nəticəsində bir fələstinli şəhid olub

İordan çayının qərb sahilində, Tulkərm şəhərində İsrail hərbçilərinin atəş açması nəticəsində bir fələstinli şəhid olub.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İsrail hərbçilərinin Tulkərm şəhərinin qərbinə olan hücumunda Məhəmməd Hisam Həyali adlı 22 yaşlı fələstinli odlu silahdan açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya köçürülüb. Amma, həkimlərin cəhdinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb.

Bu arada Tulkərmin qərbində İsrail hərbçiləri ilə fələstinli gənclər arasında qarşıdurma baş verib. Bir neçə fələstinli saxlanılıb.

Teqlər

Dec 04, 2018 16:34 Asia/Baku
Şərhlər