• Yəmən ordusu təcavüzkar qüvvələrə qarşı hücum edib
    Yəmən ordusu təcavüzkar qüvvələrə qarşı hücum edib

Yəmən ordusunun artilleriya bölməsi və pilotsuz uçan aparatları ölkənin qərb sahillərində təcavüzkar qüvvələrin mövqelərinə hücum edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusunun pilotsuz uçan aparatları və artilleriya bölməsi Hüdeydə vilayətinin 16-cı kilometr məntəqəsində Səudiyyə koalisiyasının mövqelərinə hücum edərək, bir qrup təcavüzkarı məhv edib.

Bu məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Sədə vilayətində bir ədəd avtomobili hədəfə alması nəticəsində 4 yəmənli həlak olub, 6 nəfər də yaralanıb.

Təcavüzkar səudiyyə qüvvələri həmçinin, ötən axşamdan bəri Yəmənin Səna vilayətində yerləşən Nəhəm şəhərini 12 dəfə bombardman ediblər.

Dec 04, 2018 17:21 Asia/Baku
Şərhlər