• ABŞ Əfqanıstanda yeni cinayət rekorduna imza atıb
    ABŞ Əfqanıstanda yeni cinayət rekorduna imza atıb

Cari ildə ABŞ-ın başçılıq etdiyi NATO qüvvələrinin hücumları nəticəsində Əfqanıstanda mülki əhali arasında insan tələfatı rekord həddə çatıb. Buna baxmayaraq, ABŞ-ın müdafiə naziri Əfqanıstanın işğalına son qoyulması üzrə ölkəsinin heç bir planı olmadığını deyib.

ABŞ-ın başçılıq etdiyi NATO qüvvələri Əfqanıstanda yeni rekorda imza atıblar. ABŞ ordusu Hava Qüvvələrinin ən son statistikasına əsasən cari ilin əvvəlindən oktyabrın sonuna kimi yəni, 10 ay ərzində ABŞ ordusu Əfqanıstanda 6 min bomba istifadə edib. Bu rəqəm, ABŞ-ın Əfqanıstanı işğal altında saxladığı ötən 18 ildə misilsiz hesab olunur.

Siyasi analitik deyir: “Kor-koranə şəkildə həyata keçirilən və əsasən də mülki əhalini hədəfə alan bu bombardmanlar ameirkalıların ümidsizliyinin nişanəsidir.”

Cari ildə orta hesabla hər gün 20 bombanın atılması rekordu ilə yanaşı amerikalılar Əfqanıstanın müxtəlif məntəqələrində mülki əhalinin qırğın edilməsi üzrə də bir başqa rekorda imza atıblar. Burda, Pəktiya vilayətində xalq ötən iki gündə NATO qüvvələrinin hücumlarında həlak olan yaxınlarının cəsədlərini, ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin cinayətlərinə etiraz olaraq özləri ilə daşıyırlar.

Onlardan biri deyir: “Bunlar Taliban yaraqlıları deyillər. Amma, xarici qüvvələr tərəfindən qırğın ediliblər.”

Bir başqası isə deyir: “Bura savaş meydanı deyil. Amma, təyyarələr buranı bombardman etdilər.”

BMT-nin hesabatına əsasən cari ildə Əfqanıstanda hava hücumları nəticəsində mülki əhali arasında insan tələfatı ötən ilə müqayisədə 50% artıb. Bu məsələ Əfqanıstan parlamenti üzvlərinin ciddi etirazına səbəb olub.

Millət vəkili: “Xarici qüvvələrin hücumlarında qadınlar və uşaqlar həlak olublar. Mülki əhali arasında tələfatın artması ciddi nigaranlıq doğurur.”

Millət vəkili: “Xarici qüvvələr qadın və uşaqların ölümünə səbəb olan özbaşınalıqlarına son qoymalıdırlar.”

Cari ilin əvvəlindən bəri Əfqanıstanda təqribən 700 mülki xarici qüvvələrin bombardmanları nəticəsində həyatını itirib.

 

Dec 04, 2018 21:35 Asia/Baku
Şərhlər