• Sionistlər qərb sahilinə basqın ediblər
    Sionistlər qərb sahilinə basqın ediblər

Sionist hərbçilər özlərinin düşmənçilik hərəkətlərinin davamında bir daha İordan çayının qərb sahilinə basqın ediblər.

Sionist hərbçilər bu gün səhər tezdən İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə basqın edərək, fələstinlilərlə toqquşublar.

İşğalçı hərbçilər bir qrup fələstinlini həbs ediblər.

Sionistlər özlərinin ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif məntəqələrinə hücum edərək, puç iddialarla fələstinliləri həbs edirlər. Bu həbslərin məqsədlərindən biri, fələstinlilər arasında qorxu hissi yaratmaq və onları sionist işğalçılarla qarşıdurmadan və intifazəni davam etdirməkdən çəkindirməkdir.

Digər tərəfdən, fələstinlilərin sionist rejimin ardı-arası kəsilməyən təcavüzlərinə cavab olaraq, qərb sahilində keçirdikləri müqavimət əməliyyatları ötən noyabr ayında nəzərəçarpacaq dərəcədə artıbdır.

Elan olunmuş statistikalara əsasən, ötən noyabr ayında 677 müqavimət əməliyyatı keçirilib. Həmin əməliyyatlarda iyirmi sionist qəsəbə sakini yaralanıbdır.

Bundan başqa, İordan çayının qərb sahili və Qüdsün müxtəlif məntəqələri də fələstinlilər tərəfindən daş atılması və toqquşma ilə bağlı 551 halın şahidi olublar ki, fələstinlilərdən üç nəfərin şəhid olması və 121 nəfərin də yaralanması qarşılığında bütövlükdə iyirmi sionist qəsəbə sakini yaralanıbdır.

Teqlər

Dec 05, 2018 12:28 Asia/Baku
Şərhlər