• Səudiyyə koalisiyasının hücumlarında 3 yəmənli qadın həyatını itirib

Ərəbistanın başçılıq etdiyi koalisiyanın tabeliyində olan təcavüzkar və muzdlu qüvvələr Yəmənin Əl-Hudəydə vilayətində yerləşən Durəyhimi şəhərində mənzillərə soxularaq, bir ailənin üzvü olan 3 qadını qətlə yetiriblər. Bu hadisədə bir çox adam da xəsarət alıb.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmən böhranı ilə bağlı bu gün İsveçrədə başlanan sülh müzakirələri ilə bir vaxtda Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri His şəhərinin şimal-şərqində yaşayış məntəqəsini ağır artilleriya ilə atəşə tutublar. 

Ötən gecə də Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Əl-Hudəydə vilayətində yerləşən 16-cı kilometr məntəqəsindəki Zəfəran kəndini 60 ədəd top mərmisi ilə hədəfə alıblar. 

Teqlər

Dec 06, 2018 18:10 Asia/Baku
Şərhlər