• Səudiyyə muzdluları Əsir vilayətindən qaçırlar

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cənubunda yerləşən Əsir vilayətinin qərbində həyata keçirdiyi əməliyyat zamanı təcavüzkar qüvvələrə ağır zərbə endirərək, xeyli miqdarda silah və hərbi sursatı da qənimət olaraq ələ keçirib.

Əl-Aləm kanalının məlumatına görə, Yəmən ordsu və xalq qüvvələri həmçinn, Əsir vilayətində təcavüzkar qüvvələrin tədarükat yoluna nəzarəti də ələ keçiriblər.

Yəmən ordusu və xalq qüvvələri 3 dekabrda Ərəbistanın Yəmənə olan təcavüzlərinin davam etməsinə cavab olaraq, Əsir vilayətində Ərəbistan ordusunun mövqelərini 3 ədəd ballistik "Zilzal-1" raketi ilə hədəfə alıb.

Dec 06, 2018 22:07 Asia/Baku
Şərhlər