Bu gün günortadan sonra Qəzzə zolağının şərq sərhədlərində "Böyük daş intifazəsi" adı altında qayıdış yürüşlərində iştiraka çağırılıb.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, Qayıdış yürüşləri milli komitəsi bir bəyanatda Fələstin xalqını bu gün Böyük daş intifazəsi adı altında keçiriləcək qayıdış yürüşlərində iştiraka çağırıb. 

Komitənin bildirdiyinə görə, yürüşlər bu gün cümə namazından sonra başlayacaq və gecə yarısınadək davam etdiriləcək. 

Fələstinlilərin qayıdış haqqı yürüşlərinə 30 mart torpaq günündə start verilmişdir. 

Fələstin Səhiyyə Nazirliyinin bildirdiyinə görə , indiyədək qayıdış yürüşlərində işğalçı sionist rejim hərbçiləri tərəfindən 240 fələstinli şəhid edilib,25 min fələstinli yaralanıb. Şəhid edilənlərin 37 nəfəri uşaqlardan ibarətdir. 

Teqlər

Dec 07, 2018 13:26 Asia/Baku
Şərhlər