Dec 08, 2018 12:21 Asia/Baku
  • Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın siyasi bürosunun sədri
    Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın siyasi bürosunun sədri

Fələstinin BMT-dəki nümayəndəsi İsrailin Fələstini xalqına qarşı hərhansı kobudluqları və mülkiyə qarşı hücumlarını pisləyib.

Riyaz Mənsur Əl-Hədəs telekanalına verdiyi açıqlamada deyib: Amerikanın son təklif etdiyi qətnamə Fələstin xalqına qarşı qətnamə olaraq Fələstin xalqını öz milli və qanuni hüquqları uğrundakı mübarizəsini terror adlandırır və onu İsrailini mövculduğuna qarşı təhlükə kimi ortaya atır. 

Riyaz Mənsur deyib: Beynəlxalq İctimaiyyət Fələstin mövzusu ilə əlaqədar qətnamə qəbul etməklə Fələstin məsələsinin milli məsələ olduğunu və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna eləcə də didərginlər mövzusunda BMT qətnamələrinə uyğun olaraq ədalətli həll yolu tələb etmək hüququna malik olduğu ilə razılaşıb. 

Fələstinin BMT-dəki nümayəndəsi deyib: Belə bir qətnamənin nəzərdə tutduğu məqsədə nail olmasına imkan verməməliyik ona görə ki, onun uğur qazanması ABŞ prezidenti Donald Trampın fikirlərinin beynəlxalq ictimaiyyətə qəbul etdirilməsi demək olacaq. 

ABŞ dövləti cümə axşamı BMT baş assambleyasında HƏMAS-ın sionist rejimə qarşı təşəbbüslərini pisləyən bir qətnamənin ilkin mətnini səsə qoydu ancaq bu mətn asambleyada səs qazanmadı. 

Teqlər

Şərhlər