Dec 09, 2018 13:42 Asia/Baku
  • Səudlar və sionistlər müxalifləri yatırmaq üçün həmkarlıq edirlər
    Səudlar və sionistlər müxalifləri yatırmaq üçün həmkarlıq edirlər

"Vaşinqton Post" qəzeti bir reportajda sionist rejimin müxaliflərin izlənilməsi üçün kiber casusluğu sahəsində Ərəbistana kömək etdyini ifşa edib.

"Vaşinqton Post" qəzetinin yazarlarından olan Devid İqnatus yazıb ki, Amerika, sionist rejim, əmirliklər və Ərəbistanın siyasətlərinə dəstək verən digər rejimlər kiber casusluğu sahəsində öz imkanlarını gücləndirmək üçün Ərriyada kömək edirlər və bu həmkarlıqlar hazırda səud rejiminin tənqidçisi olan Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi faciəsinə gəlib çatıbdır.

İqnatus əlavə edib: Səudiyyənin vəliəhdi Mühəmməd bin Salman dəyişiklik vədini verdi, amma səbatsızlıq müjdəsi gətirdi və onun topladığı rəqəmsal cəbbəxana öz müstəbid hökumətinin davam etməsi üzrə bir vasitəyə çevrildi.

"Vaşinqton Post"un yazdığına görə, "Media məsələləri və araşdırma mərkəzi" adlı bu mərkəzi cəbbəxana Ərriyadda yerləşirdi. Onu bin Salmanın sabiq müşaviri Səud əl-Qəhtani idarə edirdi. Bu mərkəz müxaliflərin aşkar edilmələri və hədəfə alınmaları sahəsində fəaliyyət göstərir.

Ali-səudun müxalifi olan ərəbistanlı fəal Ömər Əbduləziz də son zamanlar ifşa edibdir ki, sionist rejimin NSO kompüter proqramları şirkəti Qaşıqçının mobil telefonunun qurduğu əlaqələrdən casusluq edərək, onun qətlində Ərriyada kömək edibdir.

 

Şərhlər