Dec 09, 2018 20:26 Asia/Baku
  • Livan ordusu işğal olunmuş Fələstinlə sərhəddə hazır vəziyyətə gəlib
    Livan ordusu işğal olunmuş Fələstinlə sərhəddə hazır vəziyyətə gəlib

Livan ordusu sionist rejim hərbçilərinin Livan ilə işğal olunmuş Fələstin arasında yerləşən sərhəddəki hərəkətlərindən sonra hazır vəziyyətə gəlib.

Sionist rejim hərbçiləri bu gün Livan ordusunun texniki araşdırma qrupunun iştirakı olmadan Livanın cənubunda yerləşən "Mis Cəbəl" kəndinin qarşısında "göy xətt" əlamətini qoymağa çalışıblar.

Livan ordusunun hazır vəziyyətə gəlməsindən və "Mis Cəbəl" kəndində geniş iştirakından sonra sionist rejim hərbçiləri geri çəkilməyə məcbur olublar.

"Göy xətt" Livan ilə işğal olunmuş Fələstin arasındakı sərhədi təyin edir. Bu xətt sionist rejimin 2000-ci ildə geri çəkilməsindən və Livanın cənubunun 22 illik işğalına son qoyduqdan sonra BMT tərəfindən çəkildi.

Dünən də sionist rejim hərbçilərindən bir qrupu Livanın cənubunda yerləşən "Mis Cəbəl" kəndinin qarşısında "hərəkətə həssas olan sensorlar" yerləşdirdi.

Teqlər

Şərhlər