Dec 15, 2018 22:19 Asia/Baku
  • İraq prezidenti İŞİD üzərində qələbə münasibətilə təşkil edilmiş şənlik mərasimində İrana təşəkkür etdi
    İraq prezidenti İŞİD üzərində qələbə münasibətilə təşkil edilmiş şənlik mərasimində İrana təşəkkür etdi

İraqın prezidenti İŞİD üzərində qələbənin birinci ildönümü münasibətilə təşkil edilmiş mərasimdə 2014-2017-ci illərdə İŞİD ilə mübarizə apardığı dövrdə İraqa olan yardımlarına görə İran İslam Respublikasında xüsusi təşəkkür etdi.

İRNA-nın məlumatına görə, Bərhum Saleh bu gün şənbə qələbə şənliyində İraqın dini təqlid mərcəyi Ayətullah Sistaniyə, İraqın silahlı qüvvələrinə və Həşdüşşəbiyə təşəkkür edərək, deyib: Dost, qonşu və müttəfiq ölkə olan İran İslam Respublikasının müharibə illərində İraqa olan dəstəyi təqdirə layiqdir. 

Bərhum Saleh baş nazir Adil Əbdülmehdinin nazirlər kabinetinin təşkilində yaranmış təxir haqda da xəbərdarlıq edib və deyib: İkitərəfli güzəşt əsasında ölkə gənclərində gələcəyə ümid hissi yaratmaq, ixtilafları bir kənara qoyaraq, daxili məsələlərdə yeni səhifə açmaq lazımdır. 

İraq prezidenti ölkənin qarşısında duran problemlərə də işarə edərək, deyib: iqtisadi problemlərin aradan qaldırılması, əhaliyə xidmətin yaxşılaşdırılması, müharibə nəticəsində viran edilmiş məntəqələrdə abadlıq işlərinin aparılması, didərginlərin evlərinə qayıtmaları, şəhid ailələrini himayə və milli birliyin möhkəmləndirilməsi ən önəmli məsələlərdir. 

Teqlər

Şərhlər