Dec 17, 2018 11:09 Asia/Baku
  • Bəşşar Əsəd: Dost ölkələrin Qərbin Suriyadakı müdaxilələrinin dayandırılması üzrə səyləri önəmlidir
    Bəşşar Əsəd: Dost ölkələrin Qərbin Suriyadakı müdaxilələrinin dayandırılması üzrə səyləri önəmlidir

Suriya prezidenti İran İslam Respublikası xarici işlər nazirinin baş köməkçisi Hüseyn Cabiri Ənsari ilə görüşdə deyib: Dost ölkələrin o cümlədən İran və Rusiyanın Qərbin Suriyadakı müdaxilələrinin sonlandırılması üzrə səyləri önəmlidir.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Suriya prezidenti Bəşşar Əsəd şənbə günü axşam Dəməşqdə İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari ilə görüşüb, danışıqlar aparıb. 

Əsəd bu görüşdə terrorçuları himayə edən ölkələrin destruktiv rəftarlarına rəğmən Suriyanın yeni konstitusiyanın hazırlanması məqsədilə xüsusi komissiyanın yaradılmasında İranın verdiyi dəstəyi yüksək qiymətləndirib. 

Suriya prezidenti həmçinin deyib: Suriya xalqı heç bir xarici müdaxilə olmadan ölkənin taleyini təyin etməlidir. 

İranın xarici işlər nazirinin xüsusi köməkçisi Suriyada atəşkəsə zəmanət verən ölkələrin (İran, Rusiya və Türkiyə) iki gün sonra İsveçrənin paytaxtı Cenevrə şəhərində keçiriləcək növbəti iclasına dair Suriya prezidentini məlumatlandırıb. 

Hüseyn Cabiri Ənsari əlavə edib: İran Suriyanın yeni konstitusiyasının hazırlanması məqsədilə xüsusi komissiyanın yaradılmasında Dəməşq ilə ahəngdarlığı və əməkdaşlığı davam etdirməyə hazırdır. 

Teqlər

Şərhlər