Dec 18, 2018 20:24 Asia/Baku
  • İran və Ərəbistan arasında həcc anlaşması imzalanıb
    İran və Ərəbistan arasında həcc anlaşması imzalanıb

İranın Həcc və Ziyarət Təşkilatının sədri və Ərəbistanın həcc naziri arasında həcc anlaşması imzalanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu anlaşma sənədinə əsasən İranın Həcc və Ziyarət Təşkilatı Ərəbistanda nümayəndəlik açacaq.

Həmçinin, razılaşdırılmış məsələlərdən biri də İran vətəndaşları üçün vizanın verilməsinin sadələşdirilməsi və onların Ərəbistanda üzləşdikləri problemlərin həll edilməsidir.

İran və Ərəbistan arasındakı müzakirələr 16 dekabrda başlanmışdı.

Teqlər

Şərhlər