Mahmud Əz-Zəhar: Müqavimət sionist rejim məhv olana kimi davam edəcək
-
Mahmud Əz-Zəhar: Müqavimət sionist rejim məhv olana kimi davam edəcək
Fələstin Parlamentində müqavimət fraksiyasının sədri Fələstinin müqavimət cəbhəsindəki rolu və mövqeyinə işarə edərək, deyib: İsraili tam şəkildə məhv edə bilmək üçün Fələstin, Suriya və Livan müqaviməti arasında ahəngdarlıq yaradılmalıdır.
Fələstin İslam Müqaviməti Həmas-ın siyasi bürosunun üzvü və Fələstin Parlamentində müqavimət fraksiyasının sədri Mahmud Əz-Zəhar bazar günü İranın "xəbər" kanalına verdiyi müsahibədə Qüdsün Fələstinin paytaxtı olduğunu vurğulayıb və deyib: Sionist düşmənin təcavüzləri qarşısında dayanmaq lazımdır. Və əgər Fələstində müharibə baş verərsə, heç şübhəsiz qalib gələn tərəf müqavimət olacaq.
Əz-Zəhar Fələstinə xəyanət edənlərin kimliyinin gələcəkdə aydınlaşacağına işarə edərək, deyib: Fars körfəzi ətrafında yerləşən bəzi Ərəb ölkələri İsrail rejimi ilə əlaqələri normallaşdırmağa çalışırlar. Amma, işğalçıların Fələstindən çıxmaları İran İslam Respublikasının qəti mövqeyidir.
Fələstin Parlamentində müqavimət fraksiyasının sədri BMT-nin Fələstin xalqına verdiyi vədlərə işarə edərək, deyib: BMT sionist rejimin müttəfiqidir. Qəzzədə xəstəxanalar və evlər sionistlər tərəfindən dağıdıldığı , xəstəxanalar yanacaq çatışmazlığı ilə üzləşdikləri zaman BMT bu problemləri həll etmək üçün heç bir iş görməyib.
Mahmud Əz-Zəhar Əl-Aləm kanalına verdiyi müsahidəbə isə deyib: Fələstin Özünüidarə Hökuməti İsrail rejimi ilə təhlükəsizlik və informasiya əməkdaşlığına malikdir və müqavimət qüvvələrini, onların fəaliyyətlərini izləyərək, bu barədə İsrailə məlumat verir.
Əz-Zəhar Fələstinin Qanunvericilik Məclisinin buraxılmasına dair Konstitusiya Məhkəməsinin qərarını keçərsiz hesab edərək, bildirib: Qanunvericilik Məclisinin buraxılması ABŞ-ın "Əsrin Anlaşması" planı çərçivəsindədir.