Dec 28, 2018 13:15 Asia/Baku
  • Səud koalisiyasının Yəmən atəşkəsini pozması davam edir

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Yəmənli qüvvələrin atəşkəs razılaşmasına sadiq qalmalarına rəğmən, təcavüzkar səud koalisiyası ötən sutka ərzində 64 dəfə atəşkəs razılaşmasını pozub.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu gün səhər tezdən bu ölkənin rəsmi "Səba" xəbər agentliyi ilə müsahibədə əlavə edib: Təcavüzkar səud koalisiyasının qırıcıları Səədə və Sənaya 27, Həccə əyalətində yerləşən Midi səhrasına isə dörd dəfər hücum ediblər.

Yəmən silahlı qüvvələri sözçüsünün dediyinə görə, bu ölkənin ordusu və xalq komitələri qüvvələri düşmənin və onun muzdurlarının hücumlarının artmasına cavab olaraq, bir neçə xüsusi hərbi əməliyyat keçiriblər. Nəticədə düşmən böyük tələfat veribdir.

Teqlər

Şərhlər