Dec 28, 2018 13:16 Asia/Baku
  • AB sionist qəsəbələrin salınmasını qanunsuz hərəkət adlandırıb

Avropa Birliyi bir bəyanatda sionist rejimin İordan çayının qərb sahilində 2191 mənzilin inşası üzrə sionist qəsəbəsalma fəaliyyətlərini qanunsuz hərəkət adlandırıb.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerininin ofisi dünən bir bəyanatda vurğulayıb ki, bu birliyin sionist rejimin sionist qəsəbəsalma planı qarşısındakı mövqeyi dəyişməyibdir. Bu ofis sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki sionist qəsəbələr salmasını beynəlxalq qətnamələrə əsasən qanunsuz hərəkət adlandırıbdır.

Avropa Birliyinin bəyanatında həmçinin deyilir ki, sionist rejimin sionist qəsəbələr salmasının davam etməsi regiondakı sülh prosesinə xələl gətiribdir.

Avropa Birliyi Tramp dövlətinin hakimiyyətə gəlməsi ilə Təl-Əvivə hərtərəfli dəstək siyasəti yeridən Amerikanın əksinə olaraq, Fələstin məsələsi qarşısında Ağ Ev-in siyasətlərinin əksinə olan siyasətlər yürüdübdür.

Teqlər

Şərhlər