Dec 28, 2018 14:36 Asia/Baku
  • İraqın baş naziri Trampla görüş üçün iki şərt irəli sürüb

İraqlı mənbələr bildiriblər ki, İraqın baş naziri Adil Abdulməhdi "Əynuləsəd" bazasında ABŞ prezidenti Donald Trampla görüş üçün iki şərt təyin edibdir.

Donald Trampın çərşənbə günü gecə İraqın Ələnbar vilayətində yerləşən "Əynuləsəd" bazasına baş çəkməsi gedişində Adil Abdulməhdi Amerika prezidenti ilə görüşü "Trampın Bağdada səfəri" və "anti-İran sanksiyaları məsələsinin nəzərdən keçirilməməsi" ilə şərtləndiribdir.

Trampın Abdulməhdinin şərtlərini qəbul etmədiyinə görə, o da "Əynuləsəd" bazasına getmədi.

İraq baş nazirinin ofisi bir məlumatda bu səfərə toxunaraq, əlavə edib: Tramp rəsmi şəkildə qarşılanmalı və onunla İraqın baş naziri arasında görüş keçirilməli idi, amma görüş proqramı üstündəki fikir ayrılığı telefon söhbəti ilə kifayətlənməyə səbəb oldu.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü gecə elan olunmamış bir səfərdə İraqa daxil oldu və "Əynuləsəd" hava bazasında amerikalı hərbçilərlə görüşdü.

Trampın bu səfər tərzi və onun amerikalı hərbçilərin İraqdakı iştiraklarının davam edəcəyi barədəki sözləri bu ölkədəki qruplar, partiyalar və şəxsiyyətlərin geniş etirazları ilə üzləşibdir.

Teqlər

Şərhlər