Dec 29, 2018 00:58 Asia/Baku
  • Sionistlərin Qəzzə zolağındakı qayıdış yürüşünə hücumu

Fələstin səhiyyə nazirliyi sionist hərbçilərin sərhəd Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 40-cı cüməsinə qarşı hücumu gedişində beş fələstinlinin yaralanmasından xəbər verib.

"Qayıdış haqqı" yürüşünün "İzzətli bir yaşayışa malikolma haqqımızdan vaz keçməyəcəyik!" adlı 40-cı cüməsi bu gün elə bir halda keçirilibdir ki, sionist qəsbkarlar hər həftədə olduğu kimi bu yürüşü yatırmaq üçün yürüş iştirakçılarına tərəf atəş açıb və gözyaşardıcı qaz buraxıblar.

Bundan öncə Qəzzənin mühasirəsinin sındırılması və "Qayıdış haqqı" yürüşünün keçirilməsi üzrə ali milli heyət bir bəyanatda bütün fələstinliləri bugünkü aksiyada geniş iştiraka səsləmişdi.

Martın otuzunda "Qayıdış haqqı" yürüşünün başlanmasından bəri 253 fələstinli şəhid olub və təqribən 26 min nəfər də yaralanıbdır ki, onlardan yüzlərlə nəfərin vəziyyəti ağırdır.

Teqlər

Şərhlər