Jan 06, 2019 21:31 Asia/Baku
  • Suriyada terrorçulardan qalmış toplar və raketlər aşkar edilib
    Suriyada terrorçulardan qalmış toplar və raketlər aşkar edilib

Suriyalı mənbələr bu ölkənin Hums vilayətinin ətrafında terrorçulardan qalmış toplar və termik raketlərin aşkar edilməsindən xəbər veriblər.

Əldə olunmuş toplar və raketlərdən əlavə, Hums vilayətinin şimal ətrafında yerləşən Təldu və Təlbisə kəndlərində Suriya ordusu tərəfindən çoxlu sayda silah aşkar və müsadirə edilibdir.

Suriya ordusu dünən də Hums vilayətinin şimalındakı Təldəhəb kəndində terror qruplarına aid nəzərəçarpacaq miqdarda silah və sursatı aşkar və müsadirə edibdir.

Digər bir xəbərə görə, Cibhətunnusrə terror qrupu "Nurəddin əl-Zənki" terror qrupunun Hələbin qərb ətrafından geri çəkilməsinin ardınca bu məntəqələrin tam nəzarətini öz ixtiyarına alıbdır.

Teqlər

Şərhlər