Jan 09, 2019 13:14 Asia/Baku

"Middle East Eye" informasiya portalı çərşənbə axşamı bildirib: İsrailin casusluq təşkilatı Mossad-ın şefi Yossi Kohen son zamanlar Fars Körfəzi ətrafında yerləşən ölkələrdən birinin paytaxtında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin xüsusi xidmət orqanı başçıları ilə görüşüb.

Fars xəbər agentliyinin bildirdiyinə görə, "Middle East Eye" Mossad-ın şefi və Ərəbistan, BƏƏ və Misirin xüsusi xidmət orqanları başçılarının "İranın regiondakı nüfuzu" məsələsini müzakirə etdiklərini qeyd edib. 

İsrailin 10-cu telekanalı da bazar ertəsi günü axşam bu rejimin "Əmək" partiyasının sədri Avi Qabayın Birləşmiş Ərəb Əmirliklərinə səfər etməsindən xəbər verib. 

Bu məlumata görə, Avi Qabay 2 dekabr 2018-ci il tarixində BƏƏ-yə səfər edərək, bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşüb. 

Sionistlər ilə fələstinlilər arasındakı toqquşmalar, Əsrin anlaşması, Ərəb sülh planı, İran məsələsi və İsrailin siyasi durumu Avi Qabayın BƏƏ rəsmiləri ilə görüşündə müzakirə olunan əsas mövzular olublar. 

Şərhlər