Jan 09, 2019 18:53 Asia/Baku
  • Yəməndə əsirlərə işgəncə verdiyi üçün BƏƏ mühakimə edilməlidir

Avropa - Aralıq Dənizi İnsan Haqları Təşkilatının sözçüsü Yəmənli əsirlərin Birləşmiş Ərəb Əmirlikləri zindanlarında işgəncəyə məruz qalmasını təsdiq edərək, bu məsələnin məhkəmə orqanlarında araşdırılmasına təkid edib.

İRİB-nin verdiyi məlumata görə, Avropa - Aralıq Dənizi İnsan Haqları Təşkilatının sözçüsü Sara Prişit Birləşmiş Ərəb Əmirliklərinin yəmənli əsirlərə qarşı qanunsuz hərəkətlərinin BMT tərəfindən təsdiq olunduğunu deyərək, əlavə edib: Məxfi zindanlardakı qanunsuz hərəkətlər, adam oğurluğu, fiziki və psixoloji işgəncə hətta, cinsi təcavüz çox təəssüflər olsun ki, Yəmən müharibəsində yeni olmayan sistematik cinayətlərdəndir.

Prişit həmçinin deyib: Müxtəlif təşkilatlar və qrumlar tərəfindən hesabatların yayılması və şikayətlərin qaldırılması ilə Əmirliklərin qanunsuz rəftarlarının ifşa edilməsi və buna görə məsuliyyət daşıyan tərəflərn mühakimə olunmazı vacib məsələdir.

Onun dediyinə görə 2018-ci ildə müşahidəçilər tərəfindən təqdim edilən hesabatlrada Əmirliklərin məxfi zindanlarında  yəmənli əsirlərə işgəncə verilməsinə dair məlumatlar var.

Yəmənlilər dəfələrlə etiraz aksiyaları təşkil edərək, Əmirliklərin Ədəndəki varlığına və onların nəzarəti altında olan yaraqlıların cinayətlərinə, adam oğurluqlarına, əsirlərin işgəncə edilməsi və qətlə yetirilməsinə qarşı çıxıblar.

Yəmənin cənub şəhərləri ordu qüvvələri və Ənsarullahın bu məntəqəni tərk etməsinin ardınca işğalçı qüvvələrin nəzarəti altına keçib.

Teqlər

Şərhlər