Jan 09, 2019 18:55 Asia/Baku
  • Qərb sahilində bir qrup fələstinli həbs edildi

İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum edərək, bir qrup fələstinlini əsir alıblar.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri çərşənbə günü Beyt Ləhm və Tulkərm şəhərlərinə hücum edərək, fələstinlilərin evlərində axtarışlar aparıb və 13 fələstinlini həbs ediblər.

Fələstin Özünüidarə Hökumətinin təhlükəsizlik qüvvələri də Ramallah, Nablos və Tubas şəhərlərinə basqın edərək, 14 fələstinlini həbs ediblər.

Teqlər

Şərhlər