Jan 09, 2019 18:56 Asia/Baku
  • 2018-ci il Bəhreyndə vətəndaş hüquqlarının pozulması ilə yadda qaldı

Mərkəzi ofisi İsveçin Stokholm şəhərində yerləşən beynəlxalq "Sky Line" müəssisəsi 2018-ci ildə Bəhreyn vətəndaşlarının hüquqlarının Ali Xəlifə rejimi tərəfindən 86 dəfə pozulduğuna dair hesabat yayıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, beynəlxalq "Sky Line" müəssisəsinin hesabatında deyilir: Bəhreynin Daxili İşlər Nazirliyi ötən milad ilində yüzlərlə vətəndaşı o cümlədən jurnalistləri və ictimai fəalları öz fikirlərini sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb edib.

Bu müəssisə Ali Xəlifə rejimi tərəfindən müxaliflərinə qarşı irəli sürülən ittihamların beynəlxalq qanunlara zidd olduğunu bildirib: Sosial şəbəkələrdəki fəaliyyətlərinə görə insanlar barəsində edam, adam oğurluğu və həbs qərarlarının çıxarılması 2018-ci ildə Bəhreyndə insan haqlarının pozulması hallarından sayılır.

Bəhreyn 14 fevral 2011-ci ildən Ali Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı demokratik quruluş və sosial ədalət istəyir.

Teqlər

Şərhlər