Jan 10, 2019 10:51 Asia/Baku
  • Livan ordusu sionist hərbçilərin sərhəddən qanunsuz keçməsinə mane olub

Livan ordusu sionist hərbçilərin Livanın cənubunda sərhəd hasarını keçmələrindən sonra onları dayandırıb və geri çəkilməyə vadar edib.

İRİB-in verdiyi məlumata görə, sionist rejim hərbçilərinin bir ədəd buldozeri dünən Livanın cənubi Əl-Ədisə şəhərinin kənarında yerləşən sərhəd hasarını dağıdıb və Livan torpağına daxil olub. 

Livan ordusu dərhal hadisə barədə Birləşmiş Millətlər Təşkilatının sülhü mühafizə qüvvələrini(UNİFEL) məsələyə cəlb edib və onlarla birgə sionist rejim hərbçilərinə xəbərdarlıq edilib. Sonra sionistlər geri oturmaq məcburiiyyətində qalıblar. 

Livanın quru və hava sərhədlərinin pozulması BMT TŞ-nin 1701 saylı qətnaməsinə ziddir. Həmin qətnamə sionist rejimin 2006-cı ildə Livana qarşı 33 günlük müharibəsindən sonra qəbul edilmişdir. 

Teqlər

Şərhlər