Jan 10, 2019 11:15 Asia/Baku
  • BMT: Qıtlıq Yəməndə 24 milyon insanın həyatını təhdid edir

Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələr üzrə müavini dünən Təhlükəsizlik Şurasının Yəmən barədə iclasında deyib: Qıtlıq Yəməndə 24 milyon insanın həyatını təhdid edir.

İRİB-in verdiyi məlumata görə, Mark Lukok Yəməndəki durumun faciəli olduğunu bildirərək deyib: Yəmən dünya üzrə ən ağır insani böhranla üz-üzədir. 

BMT baş katibinin müavini Səna hava limanının bağlı olduğunu xatırladaraq deyib: Bu beynəlxalq hava limanının bağlı qalması minlərlə yəmənli xəstənin müalicədən və dərman yardımlarından faydalanmaqdan məhrum olmasına səbəb olub. 

BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits isə həmin iclasda Səna hava limanının bağlı qalmasından təəssüfləndiryini bildirərək deyib: Qıtlıq və xəstəlik bir çox yəmənlilərin həyatını təhdid edir. 

 

Şərhlər