Jan 10, 2019 16:33 Asia/Baku
  • Yəmənli qüvvələrin hücumunda 150 səudiyyə muzdlusu ölüb və yaralanıb

Yəmən ordusu və xalq qüvvələrinin pilotsuz uçan aparatlardan (PUA) istifadə edərək, Ləhic vilayətində səudiyyə muzdlularının toplaşdığı məkanı hədəfə almaları nəticəsində 150-dən çox yaraqlı ölüb və yaralanıb.

İRİB-nin verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri bu gün (cümə axşamı) səhər bir bəyanat yayaraq, Yəmənin cənubunda yerləşən Ləhic vilayətindəki Əl-Ənd hərbi bazasında keçirilən hərbi paradın hədəfə alınmasından xəbər verib.

"Əl-Məşhəd Əl-Yəməni" informasiya portalının verdiyi məlumata görə, bu əməliyyat zamanı Yəmənin istefada olan hökumətinin baş qərargah rəisi Abdullah Nəxəi yaralanıb. Koalisiya qüvvələrinə bağlı bir neçə yüksək vəzifəli hərbi komandan da bu hücum nəticəsində həlak olub.

Bu məlumata görə, Yəmənin istefada olan hökumətinin baş qərargah rəisi müavini Saleh Əl-Zindani, Kəşfiyyat xidmətinin rəisi Məhəmməd Saleh və İstefada olan hökumətin ordu komandanlarından olan Sabit Cəvas Yəmən ordusunun hücumunda yaralanan digər yüksək səviyyəli hərbçilərdirlər.

Yəmənin Əl-Məsirə informasiya kanalı isə bildirib: Bu əməliyyat təcavüzkar qüvvələrin Əl-Ənd bazasındakı fəaliyyətlərinin dəqiq şəkildə izlənilməsinin ardınca həyata keçirilib və onlarla nəfərin ölməsi və yaralanmasına səbəb olub.

Bəzi mənbələr bu əməliyatda 6 səudiyyə muzdlusunun öldüyünü bildiriblər.

Teqlər

Şərhlər