Jan 12, 2019 14:41 Asia/Baku
  • Sionist rejim hərbçilərinin Dəməşq Aeroportuna hücumu dəf edilib
    Sionist rejim hərbçilərinin Dəməşq Aeroportuna hücumu dəf edilib

Suriya mediyaları sionist rejim hərbçilərinin Dəməşq beynəlxalq hava limanına hücumunu dəf olunduğunu bildiriblər.

Suriyanın SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusunun hava hücumundan müdafiə bölmələri sionist rejim qırıcılarından atılan raketləri izləyib və onları məhv edib. 

SANA bir hərbi qaynağa istinadən bildirib ki, sionist rejim hərbi təyyarələrinin Dəməşq beynəlxalq hava limanına hücumunda sadəcə bir tikili xəsarət alıb. 

Sionist rejimin Dəməşq hava limanına hücumu, bu rejimin üç ədəd qırıcı təyyarəsinin Livan səmasında müşahidə olunması xəbərinin yayılmasından sonra baş tutdu. 

Suriyanın Nəqliyyat Nazirliyində bir məlumatlı mənbə SANA-ya bildirib ki, sionist rejim qırıcılarının hücumlarına baxmayaraq Dəməşq hava limanında uçuşlar cədvəl əsasında davam edir və bu aeroportun fəaliyyətində heç bir ləngimə yaranmayıb. 

Şərhlər