Jan 13, 2019 11:20 Asia/Baku
  • YUNİFİL(UNIFIL): Sionist rejim təyyarələrinin Livan səmasında uçmaları BMT TŞ-nin qətnamələrinin pozulması deməkdir
    YUNİFİL(UNIFIL): Sionist rejim təyyarələrinin Livan səmasında uçmaları BMT TŞ-nin qətnamələrinin pozulması deməkdir

BMT-nin Livanın cənubundakı sülhsevər qüvvələrinin sözçüsü bildirib ki, sionist rejim təyyarələrinin Livan səmasında uçmaları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması deməkdir.

Andrea Tenenti vurğulayıb ki, YUNİFİL qüvvələri Livan ilə işğal olunmuş ərazilər arasındakı sərhəd olaylarına nəzarət edirlər. O, deyib ki, YUNİFİL məsələlərin həllinin sionist rejimlə ikitərəfli, eləcə də livanlı tərəflə birgə hərbi komitənin iclasları yolu ilə həyata keçirilməsinin ardıncadır.

YUNİFİL-in sözçüsü vurğulayıb: Bu qüvvələr iki tərəf arasındakı gərginliyi BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozan hərəkətlərə maneolma və mavi xətt yolu ilə azaltmağa çalışır.

Mavi xətt Livan ilə işğal olunmuş Fələstin əraziləri arasındakı sərhədi təyin edir. Bu xətt Livanın cənubunun 22 illik işğalına son qoymaq məqsədilə və sionist rejimin 2000-ci ildə bu bölgədən çıxmasından sonra çəkilibdir.

Sionist rejim indiyədək dəfələrlə Livanın quru, hava və dəniz hüdudlarını pozubdur.

Teqlər

Şərhlər