Jan 14, 2019 15:54 Asia/Baku
  • Suriyalı uşaqlar üçün səyyar sığınacaqlar - Livanda
    Suriyalı uşaqlar üçün səyyar sığınacaqlar - Livanda

Beyrut Universiteti tərəfindən irəli sürülən səyyar sığınacaq layihəsi Livandakı suriyalı didərgin uşaqların təhsil almasına imkan verəcək.

APTN informasiya kanalının verdiyi məlumata görə, bu səyyar sığınacaqlarla bağlı layihəni Beyrut Universiteti hazırlayıb. Bu səyyar sığınacaqlar Livandakı suriyalı didərgin uşaqların təhsil almasına kömək edəcək. Hər bir səyyar sığınacaq 20 kvadrat metrlik sahəyə malikdir. Bu səyyar sığınacaq 2 nəfər tərəfindən 6 saat ərzində quraşdırıla bilər. Səyyar sığınacaqların bütün detalları Livanın yerli bazarlarında mövcuddur. Hər bir səyyar sığınacağın istifadə müddətiisə 10-15 il təxmin edilir. Bəzi səyyar sığınacaqlardan tufanlı havalarda didərginlər üçün təhlükəsiz məkan kimi də istifadə etmək olar. İndiyə kimi Suriyalı didərginlərin yaşadıqları 10 düşərgədə bu səyyar sığınacaqlardan quraşdırılıb. Və 5 min suriyalı məktəbli onlarda təhsil almaqla məşğuldur. 

Suriyalı didərgin uşaqların müəllimlərindən olan Nahid Nəsir deyir: Biz pis hava şəraiti ilə bağlı bir çox problem ilə üz-üzəyik. Buna görə də dərslərimizi çadırlarda deyil, bu səyyar sığınacaqlarda təşkil etmək qərarına gəlmişik. Əgər, dərslərimiiz çadırlarda təşkil etmək istəsək, o zaman pis hava şəraitinə görə dərsləri tətil etməli olardıq. Çadırlarda yaşayan insanlar rütubət və soyuq kimi ciddi problemlərə malikdirlər. 

Şərhlər