Jan 14, 2019 16:47 Asia/Baku
  • Səudiyyə qüvvələrinə ağır zərbə - Yəməndə
    Səudiyyə qüvvələrinə ağır zərbə - Yəməndə

Yəmən ordusu və xalq qüvvələri müxtəlif məntəqələrə doğru irəliləməyə çalışan təcavüzkar qüvvələr və onların himayəsində olan muzdlulara ağır zərbələr endiriblər. Bu əməliyyatlarda təcavüzkarlar böyük itkilər veriblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmən xalqı və ordu qüvvələri təcavüzkar Səudiyyə qüvvələri və onun muzdlularının Əsir vilayətində irəliləməsinə mane olaraq, onlara ağır zərər və ziyan yetiriblər. Yəmənin hərbi mənbələrinin bildirdiklərinə görə, Səudiyyə muzdluları Ələb keçidi istiqamətindən irəliləməyə çalışsalar da, Yəmən ordusu və xalq qüvvələrinin ciddi müqaviməti ilə üzləşiblər. Onlar ağır itki verərək, geri çəkilməyə məcbur olublar. 

Yəmənli qüvvələr Nəcran məntəqəsində də muzdlu qüvvələrin mövqelərini Zilzal-1 raketi ilə hədəfə alıbalr. Bundan başqa təcavüzkar və muzdlularının Cəbəl Ən-Nar məntəqəsindəki mövqeləri və istehkamları yəmənli qüvvələrin hücumuna məruz qalıb. Təcavüzkar qüvvələr və muzdluları bu hücumda ağır itkilər veriblər. 

Yəmən ordusunun sözçüsü Yəyha Səri bazar günü mətbuat konfransında Qasif K2 pilotsuz uçan aparatı ilə Ərəbistanın Cizan vilayətində, Əl-Xubə məntəqəsində həyata keçirilən əməliyyatla bağlı video-görütnülər yayımlayıb. 

Şərhlər