Jan 14, 2019 21:28 Asia/Baku
  • Bəşşar Əsəd: Dəməşq-Tehran əlaqələri xarici müdaxilələrdən uzaqdır
    Bəşşar Əsəd: Dəməşq-Tehran əlaqələri xarici müdaxilələrdən uzaqdır

Suriya prezidenti Tehran-Dəməşq əlaqələri elə ilk başdan xalqların öz talelərini təyin etmək haqqına və qarşılıqlı hörmətə əsaslandığını deyərək, bu münasibətlərin xarici müdaxilələrdən uzaq olduğunu deyib.

İRNA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd bazar ertəsi günü Dəməşqdə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvlərindən ibarət heyət ilə görüşdə deyib: İran və Suriyanın siyasətləri bu günə kimi hər iki ölkənin müstəqilliyinin zamini olub və bu siyasət ilə ahəngdar olan ölkələr ilə özəl münasibətlər qurulmalıdır.

İran parlamentinin nümayəndə heyətinə başçılıq edən Heşmətullah Fəlahətpişə də bu görüşdə deyib: İran və Suriyanın böyük mədəni irsi hər iki ölkə xalqlarının terrorizm və qeyri-qanuni sanksiyalar kimi qeyri-əxlaqi və beynəlxalq qanunlara zidd siyasətlər ilə üzləşdikdə müqavimət göstərmələrinə səbəb olub.

Bəşşar Əsəd və Heşmətullah Fəlahətpişə bu görüşdə Dəməşq-Tehran münasibətlərinin siyasi və iqtisadi sahələrdə daha artıq inkişaf etdirilməsini vurğulayıblar.

İranın parlament heyəti bazar günü Suriyaya səfər edib.

Teqlər

Şərhlər