Jan 16, 2019 18:19 Asia/Baku
  • Yəmənin Həccə vilayətində 5 səudiyyə hərbçisi və muzdlusu həlak olub
    Yəmənin Həccə vilayətində 5 səudiyyə hərbçisi və muzdlusu həlak olub

Yəmən ordusunun snayperləri Həccə vilayətində yerləşən Əl-Təval keçidində 5 səudiyyə hərbçisi və muzdlusunu öldürüblər.

Əl-Aləm kanalının çərşənbə axşamı verdiyi məlumata görə, Yəmən ordusunun Həccə vilayətində həyata keçirdiyi əməliyyatda bir qrup səudiyyə muzdlusu da yaralanıb. 

Yəmən ordusu və xalq qüvvələrinin snayperlər batalyonu son zamanlar bir bəyanat yayaraq, bildirib: Ötən dekabr ayında 67 səudiyyə hərbçisi və 11 sudanlı muzdlu habelə, 2 Küveytli zabit hədəfə alınaraq, məhv edilib. 

Şərhlər