Jan 17, 2019 10:40 Asia/Baku
  • ABŞ-ın nüvə anlaşmasından çıxması 2018-ci ilin ən önəmli hadisəsi idi
    ABŞ-ın nüvə anlaşmasından çıxması 2018-ci ilin ən önəmli hadisəsi idi

İsrail rejiminin baş naziri ABŞ prezidenti Donald Trampın İran ilə nüvə anlaşmasından çıxmasını 2018-ci ilin ən önəmli hadisəsi adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu İsrail - Amerika İctimai Əlaqələr Komitəsi (AİPAC) üzvləri ilə görüşdə bir daha Trampın bu hərəkətini alqışlayıb və Vaşinqtonun nüvə anlaşmasından çıxmasının İran iqtisadiyyatını zəiflətdiyini iddia edib. 

Netanyahu bundan öncə də ABŞ prezidentinin nüvə anlaşmasından çıxmasını və İrana qarşı sanksiyaları bərpa etməsini alqışlamışdı. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci il tarixində birtərəfli qaydada nüvə anlaşmasından çıxdığını və İrana qarşı sanksiyaları bərpa etdiyini bildirdi.

ABŞ-ın bu hərəkəti dünya səviyyəsində ciddi reaksiyalar və geniş etirazlara səbəb oldu. Xüsusilə nüvə anlaşmasını imzalayan ölkələr Trampın bu hərəkətinə qarşı çıxdılar. Britaniya, Fransa, Almaniya, Rusiya və Çin nüvə anlaşmasına sadiq qaldıqlarını elan edərək, onu dəstəklədiklərini bildirdilər. 

Şərhlər