Jan 18, 2019 18:21 Asia/Baku
  • Suriya dəmiryolu xəttinin İrana və İraqa qoşulması Dəməşqin prioritetidir
    Suriya dəmiryolu xəttinin İrana və İraqa qoşulması Dəməşqin prioritetidir

Suriyanın nəqliyyat naziri bu ölkənin dəmiryolu xəttinin İrana və İraqa qoşulmasını Suriya dövlətinin prioriteti adlandırıb.

Suriyanın nəqliyyat naziri Əli Həmud bu gün deyib: Suriya, İraq və İran dəmiryolu xətlərinin İranın cənub-qərbində yerləşən Şələmçə sərhəd məntəqəsində qovuşması yekunlaşacaqdır.

Əli Həmud İraqın dəmiryolu xəttindən qalmış hissənin inşa edilməsi vacibliyinə toxunaraq, əlavə edib: İran, İraq və Suriya dəmiryolu şəbəkələrinin gələcəkdə Mərkəzi Asiya dəmiryolu şəbəkəsinə, eləcə də Çin və Rusiya dəmiryolu xətlərinə qoşulmaları həyata keçiriləcəkdir.

İranlı rəsmilər də bu transmilli şəbəkənin təkmilləşdirilməsi üçün Şələmçə və Bəsrə dəmiryolu xətlərinin icrasının sürətləndirilməsini vurğulayaraq, bildiriblər: Suriya, İraq və İran dəmiryolu xətlərinin təkmilləşdirilməsi bu üç ölkə arasında sərnişin və yük daşınmasını asanlaşdırmaqdan əlavə, Ərbəin mərasiminin bir neçə milyonluq zəvvarının daşınmasına köməkdə də son dərəcə təsirli olacaqdır.

Teqlər

Şərhlər